Kapatmak için ESC ;)

Nerede GezelimNerede Gezelim Seyahat ve Gezi Rehberi

Çinden Dünyalıya

Çox şanslıyam ki, ətrafımda bu qədər mənə dəstək olan əzizlərim var. İkinci Dünyalılar üçün həmsöhbətlim bacım oldu. Bütün inşalarını mənə yazdıran bu qız indi özü bütün suallarımı çox böyük maraqla cavabladı.

Çox şanslıyam ki, ətrafımda bu qədər mənə dəstək olan əzizlərim var. İkinci Dünyalılar üçün həmsöhbətlim bacım oldu. Bütün inşalarını mənə yazdıran bu qız indi özü bütün suallarımı çox böyük maraqla cavabladı. Oxuduqca duyğulandım, qürurlandım və düşündüm: Sən nə tez böyüdün, a qız? Sizə xoş oxumalar!

  • Hər şey necə başladı?

Bir axşam telefonuma zəng gəldi. Gözləmədiyim bir xəbər aldım Türkiyənin Kayseri şəhərində Erciyes universitetinin tələbəsi idim! Bölümüm də Çin dili və ədəbiyyatı…
Hələ 18 yaşındaydım, ailə üzvlərim olmadan birinci dəfə idi tək başıma neçə km uzaqlara gedəcəkdim… 4il orada oxuyacaqdım. Qorxmadım desəm yalan olar. Bütün yolu necə olacaq, necə eliyəcəm deyə düşündüm. Heç bilmədiyim insanlar, Türkiyə də olsa dilini tam bilmədiyim bir ölkə, mama yox, ata yox- bunları fikirləşə fikirləşə getmişdim. Heç yadımdan çıxarmaram o birinci yolumu… İki çamadanla Kayserinin mərkəzində oturub:

– EEE? İndi nə olacaq?- deməyimlə hər şey başladı  ????

  • 18 yaşından tək yaşamağın üstünlükləri və mənfi cəhətləri?
18 yaşında tək yaşamaq bir çoxları üçün əyləncəli gəlsə də pis tərəfləri də var əlbəttə ki… Birinci mənfi cəhətlərini deyim: Hər zaman bərabər olduğun, pis günündə- yaxşı günündə yanında olan ailən səninlə olmur. Bayramları bir-iki dostlarınla qeyd etmek məcburiyyətində qalırsan, hələ sənin bayramını yaşadığın ölkədə qeyd etmirlərsə… məsələn Novruz bayramı kimi, sən də məcbur ya tek qeyd edirsən ya da heç eləmirsən.
Ətrafında hamıya güvənə bilmirsən. Nəsə danışmaq istəyəndə ürəyini boşaltmaq istəyəndə, bacınla sirrini paylaşdığın kimi paylaşa bilmirsən, axşam üstünü örtən, başını sığallayan, öpən anan olmur yanında, bunu istəmirəm, yox bunu yemirəm məsələləri olmur- yeyirsən ye, yemirsən özün bil. Nazınla oynayan olmur bir sözlə. Mənim fikrimcə tək yaşamağın ən pis cəhəti ailənin yanında olmamağı və ailə hüzurundan uzaq qalmağındır.
İndi gələk müsbət cəhətlərə: Ən birinci öz ayaqlarının üzərində dura bilirsən, pulunu qənaətli istifadə etməyi öyrənirsən, sabahını fikirləşərək yaşamağa başlayırsan. Heç ağlına gəlmədiyi təcrübələr qazanırsan. Çox dostların olur. Yeni adət və ənənələr görürsən. Daha gözü açıq olursan, ev işlərində və yemək bişirməkdə profesionallaşırsan.
  • Xaricdə bakalavr oxumaq… Dərslər çətin idi?
Əgər yaşadığın ölkənin dilini bilirsənsə, heç də çətin olmur. Birinci il çətinlik çəkdim əlbəttəki. Evdəkilər bilməsələr də 4 kəsrim oldu ???? ( ümid edirəm bunu mama oxumaz
İkinci il artıq dili yaxşı bildiyim üçün hamıyla rahat ünsiyyət qura bildiyim üçün bütün dərslər mənim üçün daha rahat oldu. Əgər çalışqan tələbə isəniz, dərs oxumağı xoşlayırsınızsa heç bir probleminiz olmaz. ( mən elə deyildim ) ????
  • Bu şansı necə əldə etdin? Sənəd-mənəd…  həm Türkiyə, həm Çin?
Bu şansı ailəmin sayəsində, ən çox da bacımın sayəsində əldə etdim.
Türkiyədə universitetimə əlbəttəki hər işimdə olduğu kimi axırıncı gün çatdıra bildim qeydiyyatımı. Əgər universitetdən qəbul məktubunuz gəlibsə, əlinizdə buna dair sənəd varsa, formu doldurub banka pulu köçürdüb,  universitetə təqdim edirsən. Beləliklə də olursan oranın tələbəsi
Vizanı Bakıdan alırsınız. Daha sonra pasport və universitetdən aldığınız sənədlə Göç idarəsinə gedirsiniz. 2-3ay sonra oturma izni hazır olur. Amma mən bunları 4 il bundan öncə etdiyim üçün, hal hazırda dəyişikliklər ola bilər. İndi daha çətinləşdirilib. Sığorta istəyirlər və başqa dəyişikliklər də var. Mənə oturma iznini 4illik vermişdilər ancaq indi hər il təzələmək lazım olur. Türkiyənin heç bir şəhərində olmayan, sadəcə Kayseriyə məxsus bir özəlliyi isə bütün xarici tələbələrə Kayseri içi avtobusların, metroların pulsuz olmağıdır. Sadəcə 100tl-yə kartı alırsan və 1 il boyunca pulsuz rahat-rahat gəzə bilərsən. Kayseridə oxumağı düşünürsünüzsə, bu fürsəti qaçırmayın.
Oxuduğum Erciyes universitesinin hal hazırda oxuduğum Çindəki Şandong iqtisadiyyat universiteti ilə müqaviləsi var. Yarı təqaüd təklif edirlər, sadəcə universitetə ödəniş etmirsən.
3ay qəbul məktubunu gözlədim, sonra Çinə gələ bildim. Mənim fikrimcə dünyanın ən asan tələbə üçün viza verən ölkəsi Azərbaycandır ???? Sağlamlıq haqqında arayış, sığorta, bankda pulun olub-olmamasından asılı olmayaraq 40 dollara, pasport və kopyası, Çindən gələn dəvətnamə ilə ilə 1 həftəyə vizamı aldım  ????
Tam xatırlamıram, amma deyəsən 600 AZN-ə də bilet almışdıq. İndi daha baha olduğunu deyə bilərəm. Sentyabrın 1i çamadanımı, pasportumu və ən əsası bacımdan 1000 dollar alıb evdən çıxdım  ????
Əlbəttə birinci yolculuğumdakı qədər qorxu yox idi, amma həyəcan var idi… 5saatdan sonra Pekində idim. Sübhün lap sübhü idi. Elə bil şəhəri zombilər basıb, insanları öldürüb, toz qasırğası olub, hər şey tozun altında qalıb, günəş belə Çinə doğmaram deyib küsüb… Sağ qalan insanlar isə bizə zombiymiş kimi baxırdı. Elə həmin təyyarəyə minib, geri qayıtmağı düşündüm. ????
Pekindən qatarla yaşadığım şəhərə yola çıxdıq. Bir müddət sonra Jinandaydım.Bir muddet sonra Jinanda idim. Müəllimlərin köməyi ilə bütün işlərimi rahatlıqla həll etdim. Amma ikinci semestr da burada qalmaq istədim və buna görə vizamı uzatmalıydım. Bunun üçün birinci lazım olan sənəd Sağlamlıq haqqda arayış(400yuan) idi. Bundan da əlavə pasport və universitetdən olan dəvətnamə ilə vizamı uzatdım. Bəzi universitetlər slğorta da istəyir, ancaq bizim universitet istəmədi. Şanslıyam
  • İş imkanları olurdu?
Türkiyədə iş imkanları tələbələr üçün çox deyil, amma var. Birinci olaraq xaricilərə işləmək qadağandır, ona görə də risklidir. Buna baxmayaraq dil müəllimi kimi, tərcüməçi kimi işləyənlər də, ofisiant olanlar da var. Mən ofisiant olaraq işləmişəm, evdəkilərin xəbəri olmasa da  ???? Amma heç də peşman deyiləm. Öz pulunun olması tamamən fərqli bir hissdir.
Çində isə iş imkanları daha çoxdur. Xaricilər üçün ən çox tərcüməçilik işləri var, bundan əlavə modellik edənlər də çoxdur. Burada mən də modellik edirəm. Ümumiyyətlə münasibət qurmağı bacarırsızsa və özünüzə əminsizsə iş tapmaq hər zaman asandır!
  • Çin dili- ən sevdiyin dil?
Düzünü desəm yox… Mən daha çox memarlıq oxumaq istəyirdim. Amma alınmadı və mənim filtipestr bacım məsləhət gördü ki, istəmədiyim bir şey oxuyacaqsansa, ən azından çox tələb olan sahədən bir şeylər seç. Mən də çin, yapon, koreya dillərini yazdım. Çin dilini qazandım. Hər imtahanda, hər Çində gördüyüm iyrənc bir şeydə bacım Güneli yada salıram. Amma peşman deyiləm, yaxşı ki, qulaq asmışam ona.
  • Çində yaşamaq necədir?
Çində yaşamaq……………………… Mənim kimi hər gün şokolad yeyən, hər şeydən iyrənən, hər şeyi yeyə bilməyən, pis iylərə dözümsüz biri isəniz – HAYAT GERÇEKTEN ZOR!????
Bir il olacaq Çində yaşayıram və hələ təzə-təzə öyrəşməyə başlayıram. İlk iki ayda evdən çıxmamağa çalışırdım. Yemək belə yeyə bilmirdim. Amma indi vəziyyət başqadır. Artıq buranı sevməyə başlamışam. Bir cümlə ilə desəm-  ” Çin anlatılmaz, yaşanır”
  • Bizim onlardan fərqimiz?- həm türklərdən, həm çinlilərdən
Yeməkləri olsun, adət- ənənələri olsun, insanları olsun çooox fərq var. Türkiyə ilə belə fərqli olduğumuz çox şeylər var… Bu mövzu haqqda yazsam bitməz.
Türklər yardımsevər olur, amma hər millətdə olduğu kimi orda da keyfiyyətsiz insanlar var. Böyüdükcə belə insanları daha yaxşı tanıyırsan və həyatına almırsan.
Çinlilər çox pozitivdirlər. Xarici görən kimi yaxınlaşıb şəkil çəkdirirlər. Mən təzə gəldiyim vaxtlarda oteldə yaşayırdım. Burada toy səhər olur və bir dəfə səhərin gözü açılmamış gördüm party var. Elə pijamalarımla düşdüm ki, danlayım bu səs küyün səbəbkarlarını. Məni görən kimi qucaqladılar, şəkil çəkdirdilər. Mən də bir az onlarla oynadım, yemək yedim, sonra otağıma çıxıb yatmağa davam etdim.
  • Darıxırsan?
Əlbəttə darıxıram. Amma ailəm heç vaxt məni tək buraxmır. Mamam hər gün sabahın xeyir, hər axşam gecən xeyrə yazır yanımda imiş kimi… Bütün özəl günlərimdə yanımda ola bilməsələr də: atam, anam, bacım, qardaşım mənə  kiçik surprizlər hazırlayırlar(video call, video və s.)
Mənim üçün çox böyük gün olan məzuniyyət günümdə bacım gəlmişdi yanıma. Əminəm ki, əgər ailəmin fürsətləri olsaydı hər zaman belə cismən də yanımda olarlardı. Bir müddət sonra öyrəşirsən düzü. Amma yenə də elə vaxtlar olur ki, ailənin yanında olmağını hər şeydən çox istəyisən. Amma artıq uşaq deyilsən və başa düşürsən ki, həyatda bəzi şeyləri əldə etmək üçün bir şeylərə dözməlisən… və yenə də bir gün bunları fikirləşə-fikirləşə yuxuya gedirsən….
  • Ən çox nə üçün darıxırsan?
Ən çox evimdəki huzur üçün darıxıram və bir də mamanın yeməkləri üçün  ????
  • Ən yadda qalan xatirən?
Yadda qalan o qədər xatirəm varki… Özü də mənim kimi yerində durmayan birisənsə əlbəttəki daha çox əndrəbadi xatirələrin olacaq???? Yataqxana xatirələrim olsun, məktəb xatirələrim olsun, iş, avtostop, dalaşmaq- döydüyüm adamlar- mənim ən gözəl xatirələrimdi, yadda qalanlardır.
  • Sonda demək istədiyin?
5ildir ki, evdən uzaq yaşayıram. Çox çox çox pis günlərim, ondan da çox yaxşı günlərim oldu. Amma heç vaxt peşman olmadım. Heç vaxt yarımçıq buraxıb geri qayıtmağı fikirləşmədim. Bunu oxuyan hamıya dmək istərdim ki, əgər siz də mənim kimi belə bir fürsət qazanmısınızsa və mənim kimi her zaman arxanızda olan, dəstəkçi ailəniz varsa bir dəqiqə belə düşünmədən çıxıb gedin. Təzə ölkələr, təzə insanlar, təzə adət ənənələr görmək və öyrənmək çox əla hiss etdirir. Mənim bu həyatda ən böyük dəstəkçim bacımdır və ən böyül təşəkkür də Günel Yaşara gəlsin

Bir yanıt yazın

@Nerede.Gezelim